25 
Mar
2021
23:31
418

Tea Çulukiani: "Qiorqi Qaxaria siyasi arenaya girəcəyi təqdirdə, hökumətə qarşı əsl müxalifət olacaq"

"Qiorqi Qaxaria siyasi arenaya girəcəyi təqdirdə, hökumətə qarşı əsl müxalifət olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Naziri Tea Çulukiani qeyd edib.

Onun sözlərinə görə, Qaxariyanın geri dönməsi, Gürcü Arzusu komandası üçün zərərli deyil.

“Onun qayıtması, nə qədər təəccüblü olsa da, komandamız üçün zərərli deyil. Ümid edirəm ki, o, nə etdiyini bilir. Olduqca peşəkar bir insandır və siyasi səhnəyə çıxsa, əsl müxalifətimiz olacaq. Digər müxalifətlərdən fərqli olaraq onun da bir xeyiri olacaq - komandanı çox yaxşı tanıyır. Digərlərini demirəm, rəhbərliyi dövründə Baş nazirin müavini, ədliyyə naziri idim və güclü tərəfimin və zəif tərəfimi yaxşı bilir, eyni zamanda mən də onun güclü və zəif tərəfləri bilirəm. Şəxsən mənim üçün maraqlı bir müxalif olacaq. Bu onun qələbəsi ilə necə sona çatacaq maraqlıdır".- Tea Çulukiani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər