25 
Mar
2021
22:04
447

Mövcud buğda subsidiyası modelinin üç ay uzadılması məsələsi hökumətə təqdim ediləcək

"Mövcud buğda subsidiyası modelini hökumətə daha üç ay uzatmaq məsələsini təqdim edəcəyik".

InterPress.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili bu barədə çörək istehsalçıları, buğda və un idxalçıları ilə görüşdə bildirib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, buğda subsidiyası proqramının uzadılması qərarı yaxın günlərdə Gürcüstan hökuməti tərəfindən alınacaq.

"Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq, çörəyin qiymətini qoruyub saxlamaq vacibdir. Çörək istehsalçıları, buğda və un idxalçıları ilə razılaşmaya əsasən, mövcud subsidiya modelinin daha üç ay uzadılması məsələsini hökumətə təqdim edəcəyik", - Levan Davitaşvili deyib.

İclasda çörək istehsalçıları bildiriblər ki, bu gün hökumət siyasəti və ticarət sektoru ilə əməkdaşlıq sayəsində Gürcüstanda bütün bölgədə keyfiyyətli və ucuz çörək satılır. Lakin mövcud qiymət siyasətini qorumaq çətin olacaq.

"Gürcüstanda 500 qr. ağ undan hazırlanan çörəyin qiyməti 0,34 dollardır. Buğda istehsal edən Rusiya və Ukrayna kimi böyük ölkələrdə çörəyin qiyməti 0,48 ilə 0,51 dollar, Ermənistanda 0,46 dollar, Türkiyədə 0,35 dollardır", - nazirliyin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın