27 
Mar
2020
13:49
3646

Marneuli meri Zaur Darğallı Marneulinin girişində xaçın qoyulmas ilə bağlı yayılan xəbərin təxribat olduğunu bildirib

Bu gün səhər saatlarında sosial şəbəkələrdə, Marneuli rayonunun girişinə yeni bir xaç qoyulması ilə bağlı məlumatlar yayıldı.

InterPress.ge xəbər verir ki, sözü gedən məsələ ilə bağlı Zaur Darğallı açıqlama verib.

Məsələyə aydınlıq gətirən Marneuli meri yayılan məlumatların yalan və əsassız olduğunu açıqlayıb

"Sosial şəbəkələrdə paylaşılan şəkillər 2016-ci ildə çəkilib. Təəssüfki müxtəlif müxalif qüvvələr ölkənin belə bir çətin vaxtında bu cür təxribat yönlü addımlar atırlar. Telefonlarda bu cür şəkilləri insanlara göndərərək xalq arasında nifrət toxumu səpməyə çalışırlar. Düşünürəm ki, bu cür insanlara dövlət tərəfindən ciddi reaksiya verilməlidir. Hazırda bütün dünya çətin bir sınaqla üz-üzə dayanıb. Bu problemdən bizim ölkəmizdə sığortalanmayıb. Belə çətin bir dövürdə hər birimiz əl-ələ verib bu bəladan ölkəmizi qurtarmağa çalışmalıyıq. Bu gün gördüklərimiz isə çox təəssüf edici bir haldır", - deyə Z. Darğallı bildirib.

Sözügedən xaçın qoyulması ilə bağlı aşağıda sizə bir foto təqdim edirik. Həmin şəkil 2016-cı ilin sentyabr ayında sosial şəbəkələrdə paylaşılıb.

24news.ge

Bizimlə əlaqə saxlayın