24 
Mar
2021
19:36
466

Çerçvadze: "Aşılama universal ola bilər"

"Hər kəsin "Pfizer"i seçməsi yaxşı olmaz, amma nə edə bilərik, digər tərəfdə insanın iradəsini ifadə etmə azadlığı durur".

InterPress.ge xəbər verir ki, bu barədə Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə "Pfizer" peyvəndi sürətlə bitəcək və əhalinin qalan hissəsi "Astrazeneca" ya da Çin peyvəndi ilə aşılanmağa məcbur olacaq.

"Pfizer" çox sürətlə xərclənəcək, "Astrazeneca" qalacaq və qalanları ya "Astrazeneca" ya da Çin peyvəndi ilə aşılanmaq məcburiyyətində qalacaq və ya "Novovax" iyun ayında gələcək və onunla aşılanacaqlar", - dedi Çerçvadze.

Bundan əlavə Çerçvadze aşı üçün yaş limitinin endiriləcəyini istisna etməyib.

Jurnalistlərin, peyvənd tələbinin aşağı olması, yaş kateqoriyasını daha da azaltmaq və hamının aşılanmasına imkan vermək planlarının olub-olmadığı sualına Tengiz Çerçvadze cavab verib ki, bu cür passivlik qorunarsa peyvəndləmə universal ola bilər.

“İki şura var - biri peyvəndin idarələrarası, digəri isə peyvəndin yan təsirləri üzrə. Heç bir şuranın üzvü deyiləm, amma bildiyim qədərilə bu istisna deyil. Yaş məhdudiyyətinin daha da aşağı salınması mümkündür və ümumiyyətlə, bu cür passivlik olsa, universal ola bilər”, - dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın