Tikaradze: "Ölkəyə gələcək növbəti peyvənd Çin peyvəndi olacaq"
"Ölkəyə gələcək növbəti peyvənd Çin peyvəndi olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze bildirib.
“Çin peyvəndi ilə aşılanmağa hazırlaşırdım, çünki burada da suallar var. Çin peyvəndinin gətirilməsinə qarşı çıxanlar da var idi. Peyvəndin ciddi bir tənzimləyici tərəfindən tanınması prinsipinə riayət etdik. Bu peyvənd bu mərhələdə tanınır. Buna görə istifadəni təhlükəsiz hesab etmək üçün əsaslarımız var. Çin peyvəndi yaxın vaxtlarda Gürcüstanda əlçatımlı olacaq", - dedi Tikaradze.
Gürcüstan bu gün "Pfizer" peyvəndi alacaq.
Gürcüstanda koronavirusa qarşı peyvəndləmə 15 mart 2021-ci ildə başladı. Avropa Dərman Agentliyindən bildirildiyinə görə, "AstraZeneca" peyvəndi təhlükəsiz və təsirli bir seçimdir.


