24 
Mar
2021
10:24
544

Gürcüstanda koronavirus test cavabını saxtalaşdırdığı üçün bir nəfər saxlanıldı

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta rəsmi sənədlərin hazırlanması və satılması faktı ilə əlaqədar bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.

İstintaq Xidmətindən verilən məlumata görə, "təqsirləndirilən, iki maraqlı şəxsə, İmereti bölgəsindəki tibb müəssisələrindən birinin adından, müvafiq labaratoriya araşdırması olmadan, 200 lari müqabilində, yeni koronavirus PCR laboratoriya testinin mənfi nəticələrini əks etdirən sənədlər hazırlayaraq təhvil verib.

İstintaq Xidməti xeyli miqdarda əvvəlcədən imzalanmış və möhürlənmiş boş vərəqlər ələ keçirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi və 221-ci maddəsinin 4-cü hissəsi üzrə istintaq davam edir.

Cinayətin törədilməsində digər mümkün ortaqların müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər aparılır", - İstintaq Xidməti bildirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər