23 
Mar
2021
19:42
412

Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa oldu

Qudauri-Kobi hissəsində uçqun təhlükəsi rejimi qaldırılıb və nəqliyyatın hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin, Yollar Departamentindən məlumat verilib.

Gürcüstanın Yollar Departamentinin verdiyi məlumata görə, qar və buz səbəbi ilə beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi magistral yolunun Qudauri (Posta) -Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri (Posta), Qudauri (Posta) -Kobi və Stepancminda-Larsi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək. Qudauri (Posta) -Kobi bölməsində isə yalnız uçqundan qorunma tunelləri vasitəsi ilə.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər