23 
Mar
2021
17:07
542

Məmur rüşvətə görə saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, Tbilisi Bələdiyyəsinin müvafiq xidmətləri ilə əməkdaşlıqla keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində rüşvət almaq faktı ilə əlaqədar Tbilisi merinin Bələdədiyyə müfəttişliyinin İsani-Samqori rayon şöbəsinin baş mütəxəssisini saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.

Məlumata görə, istintaq bələdiyyə müfəttişliyinin əməkdaşının Gürcüstan vətəndaşından Tbilisidə, Afrika yaşayış məntəqəsindəki qanunsuz tikintinin qorunması və qanunla nəzərdə tutulmuş inzibati cəzanın tətbiq edilməsindən azad olma müqabilində, vasitəçi vasitəsi ilə rüşvət olaraq 2500 lari tələb edib və alıb.

Rüşvət alma faktı ilə bağlı araşdırma aparılır. İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiyaya qarşı mübarizə agentliyi tərəfindən aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər