23 
Mar
2021
14:41
589

Gürcüstanda tibb bacısına “Astraceneca” peyvəndi vurdulduqdan sonra onda koronavirus aşkarlanıb

Penitensiar müəssisənin tibb bacısına “Astraceneca” peyvəndi vurulduqdan sonra onda koronavirus aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Mövcud məlumata görə, tibb bacısı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti yüngüldür və onda xəstəliyi əks etdirən ümumi zəiflik qeydə alınıb.

“Xəstə bölgədən yoluxucu xəstəliklər xəstəxanasına həftə sonu yerləşdirildi. O koronavirus daşıyıcısıdır. Onun vəziyyəti bu gün yüngüldür. Bioloji nümunələri norma çərçivəsindədir. Son iki gündür tibb bacısında qızdırma müşahidə olunmur. Onda xəstəliyi əks etdirən ümumi zəiflik qeydə alınıb ki, bu da xəstənin sağlamlığı üçün fövqəladə və problemli deyil. O, özünü yaxşı hiss edir.”- Yoluxucu xəstəliklər xəstəxanasından verilən məlumatda bildirilir.

Mövcud məlumata görə, tibb bacısı peyvənd vurdurmamışdan öncə koronavirus testindən keçib və testin cavabı mənfi olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər