Şarl Mişelin şəxsi nümayəndəsi Gürcüstan geri dönəcək
Avropa Şurasının prezidenti Şarl Mişel şəxsi nümayəndəsinin vasitəçiliyi davam etdirmək üçün Gürcüstana dönəcəyini qeyd edib.
InterPress.ge xəbər verir ki, Şarl Mişel bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.
"Gürcüstanda Kristian Danielsonun vasitəçiliyi ilə əldə olunan irəliləyişi qiymətləndirdim. Gürcüstan xalqının mənafeyi naminə kompromisə getməyin vaxtı çatıb. Nümayəndə vasitəçiliyi davam etdirmək üçün geri dönəcək"- Şarl Mişel.
Məlumat üçün bildirək ki, Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson 12 mart tarixində Gürcüstana səfər etmişdi. O, səfər çərçivəsində müxalifət və hakim komandanın liderləri ilə ayrıca görüşlər keçirdi. Onun vasitəçiliyi ilə iqtidar və müxalifət arasında danışıqlar baş tutdu, lakin proses heç bir konkret nəticə vermədən sona çatdı. Kristian Danielson 19 mart tarixində Gürcüstanda səfərini başa çatdırmışdı.


