Səhiyyə Naziri açıqladı: "Gürcüstana 29.500 doza Pfizer peyvəndi gətiriləcək"
“Gürcüstana 29.500 doza “Pfizer” peyvəndi gətiriləcək və vətəndaşlar koronavirusa qarşı hansı peyvəndin vurulmasını seçmək imkanı əldə edəcəklər”.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze deyib.
"Bərabərlik və həmrəylik prinsipi səhiyyə sektoru və dünya tərəfindən paylaşılan əsas dəyərlərdən biridir. Bu səbəbdən bütün peyvəndlər bütün vətəndaşlar üçün əlçatımlı olacaq", - bildirib Ekaterine Tikaradze.
Peyvənd sseçmək imkanının olub-olmayacağı ilə bağlı jurnalistin sualına nazir "əlbəttə" cavabını verib.
"Dozalar baxımından heç bir şey dəyişməyib, 29.500 doza “Pfizer” peyvəndi Gürcüstana gələcək, ancaq dəqiq tarix barədə ictimaiyyəti məlumatlandırmaq üçün konkret tarix gözləyirik”, - deyib Tikaradze.


