20 
Mar
2021
21:55
1026

Kvemo Kartli qubernatoru: "Kvemo Kartlidə genişmiqyaslı Novruz bayramı qeyd olunmayacaq"

"Sabah Kvemo Kartli bölgəsində Novruz bayramı ənənəvi qaydalar kimi böyük miqyaslı tədbirlər ilə qeyd olunmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılar artıq ikinci ildir ki, pandemiya üzündən xalq bayramını - Novruz Bayramını qeyd etmirlər və bununla da yüksək dövlət yanaşması və vətəndaş şüuru nümayiş etdirirlər.

"Ənənəvi olaraq Novruz Bayramını geniş miqyaslı tədbirlər ilə qeyd edirik, ancaq pandemiya və mövcud qaydalar səbəbiylə ikinci ildir ki, qeyd edilmir. Yerli sakinlərimizlə daim ünsiyyət qururam və bu problemdən tam xəbərdardırlar. Onlara yüksək vətəndaş şüuru və dövlət yanaşmaları üçün təşəkkür edirəm. Vətəndaşlarımız son dərəcə şüurla yanaşırlar, düşünürlər və problemin mahiyyətinin fərqindədirlər və bunun üçün də heç bir inciklik, ürək ağrısı yoxdur. Onları Novruz Bayramı münasibətilə təbrik etmək və bir daha təşəkkür etmək istəyirəm", - qeyd edib Şota Rexviaşvili.

Bizimlə əlaqə saxlayın