18 
Mar
2021
17:51
1509

Zaur Darğallı parlamentdə çıxışı zamanı Marneuli və Qardabanidə olan problemlərdən danışdı

Marneuli və Qardabani bələdiyyəsinin majoritar millət vəkili Zaur Darğallı bu gün parlamentdə çıxış edib.

InterPress.ge xəbər verir ki, Millət Vəkili Zaur Darğallı parlamentdə çıxışı zamanı Marneuli in İmir kəndində "kəsik təpə"nın muzey layihəsindən danışdı və bələdiyyədə mövcud olan suvarma suyu problemi və su stansiyalarının Kvemo Kartli bölgəsində inşa edilib-edilməyəcəyi məsələlərinə toxundu.

"Salamlayıram sizləri. Mən ilk öncə Cənab Levanın fikirlərinə cavab vermək istərdim. Müxalifət öz popularizasiyası üçün dəqiqələri alır. Mən Cənab Levaninin səsləndirdiyi fikirlərinə cavab olaraq bildirmək istəyirəm ki, "kəsik təpə"də muzeyin yaradılması məqsədilə 2018-ci ildə hazırlanmış layihəmiz var. Təəssüflər olsun ki, pandemiyadan dolayı layihəni həyata keçirə bilmədik müvəqqəti dayandırılıb, lakin layihə var, tələbat var. Həmin ərazidə çox gözəl muzey inşaa ediləcək və əminəm ki, o ərazi bizim turizm sahəmizin inkişafı üçün çox mühüm yer olacaq".

O, həmçinin Marneuli bələdiyyəsində əhalini ciddi şəkildə narahat edən suvarma suyu problemini və su stansiyalarının Marneulidə, Qardabanidə və Kvemo Kartlinin digər bələdiyyələrində tikilib-tikilməyəcəyi məsələsini də səsləndirib.

"Mənim kəndlərdə əhali ilə görüş keçirdiyim zaman yerli sakinlər tərəfindən səsləndirilən ciddi problemlərdən biri də suvarma suyu ilə əlaqədardır. Suvarma suyu problemi kəndlərdə prioritet problem olaraq qalır. Siz də öz çıxışınızda bu istiqamətə 400 milyon larinin xərcləndiyini qeyd etdiniz.Həqiqətəndə bu istiqamətlə bir çox işlər görüldü. İkinci sualım da budur ki, Kvemo Kartlidə Marneulidə,Qardabanidə və Kvemo Kartlinin digər bələdiyyələrində su stansiyalarının inşaası planlaşdırılırmı? Qeyd edim ki, hal hazırda Xixani kəndində bu layihə həyata keçirilir"- Zaur Darğallı.

Bizimlə əlaqə saxlayın