Tengiz Çerçvadze: "Bir gündə 3000 nəfər aşılamalıyıq ki, ilin sonuna qədər əhalinin 60-65% aşılanmış olsun”
"Gürcüstanda bir neçə gündür aşılama davam edir və artıq 3000-dən çox insan aşılanıb, lakin bu kifayət deyil. Bir gündə 3000 nəfər aşılamalıyıq ki, ilin sonuna qədər əhalinin 60-65% aşılanmış olsun”.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Çerçvadze jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, peyvənd təhlükəsizdir və bəzi ölkələrin onun istifadəsini müvəqqəti dayandırması heç bir şey ifadə etmir, çünki BMT-nin Xüsusi Ekspertlər Komissiyası, Avropa Dərman Agentliyi və bütün nüfuzlu tənzimləyicilər tərəfindən xüsusi nəticələr verilib.
"Bu gün ümumilikdə 5.000 həkim qeydiyyatdan keçdi, bu çox azdır, buna görə müraciət edirik, şəxsən mən müraciət edirəm ki, peyvənd təhlükəsizdir. Bəzi ölkələrin bunu istifadə etməyi dayandırması faktını unudun, çünki BMT-nin Xüsusi Ekspertlər Komissiyası, Avropa Dərman Agentliyi və bütün nüfuzlu tənzimləyicilər tərəfindən xüsusi nəticələr çıxarıldı. Heç bir halda tromboembolik komplikasiyanın, ölümün peyvəndlə əlaqəsi təsdiqlənmədi”, - dedi Çerçvadze.


