18 
Mar
2021
15:06
4623

SON DƏQİQƏ! Novruz Bayramında "komendant saatı"nın ləğvi ilə bağlı açıqlama verildi

“Mədəni, dini və buna bənzər bayramlarda, virusun yayılma riskinin artma təhlükəsi səbəbindən oxşar şənliklərə əlaqədar məhdudiyyətlərin yüngülləşdirilməsi məsləhət deyil”.

InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının iclasından sonra hökumət administrasiyasının rəhbəri İlia Darçiaşvili bildirib.

Darçiaşvilinin dediyinə görə, Novruz Bayramı ilə əlaqədar olaraq hərəkət məhdudiyyətlərinin qaldırılması planlaşdırılmır.

"Novruz Bayramı ilə əlaqədar Koordinasiya Şurasına müraciət etdilər və bir gecəlik hərəkət məhdudiyyətinin qaldırılmasını xahiş etdilər. Koordinasiya Şurasının qərarına əsasən, mədəni, dini və buna bənzər bayramlarda virusun yayılma riskinin artması və izdihamlı toplantılar səsəbindən, xüsusən də məhdudiyyətlərin əksəriyyətinin ləğv edildiyi vaxtda, bu cür bayramlarda məhdudiyyətləri azaltmaq məsləhət deyil”, - dedi İlia Darçiaşvili.

Bizimlə əlaqə saxlayın