Müxalifət nümayəndəsi 20 mart tarixində keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlama verdi
“Müxalifət partiyalar bu gün ya sabah 20 mart tarixində planlaşdırılmış aksiyanın baş tutub-tutmyacağına dair qərar qəbul edəcək.”
InterPress.ge xəbər verir ki, bu barədə VMH partiyasının liderlərindən biri Zaal Udumaşvili açıqlama verib.
Onun bildirdiyinə görə, hökumət və müxalifət arasında danışıqlar pəncərəsi mövcuddur. Əgər razılıq əldə olunmazsa siyasi proseslər küçəyə yönləndiriləcək.
“Bu gün ya sabah 20 mart tarixində planlaşdırılmış aksiyanın baş tutub-tutmayacağına dair qərar qəbul edəcəyik. Nəzərə alınacaq bir çox faktorlar və Tbilisidə davam edən proseslər var. Danışıqlar prosesi nə vaxt sona çatacaq bilmirəm. Bu proses uzana da bilər. Bundan irəli gələrək biz bu günki günə baxacağıq daha sonra isə 20 mart tarixində planlaşdırılmış aksiyanın baş tutub-tutmayacağına dair qərar qəbul edəcəyik.
Əgər razılıq əldə olunmazsa bütün siyasi proseslər küçələrə yönləndiriləcək. Biz parlament mandatlığından imtina etmişik və parlamentə daxil olmuruq, bu halda isə küçə əsas siyasi mərkəzə çevrilir.
Tərəflər arasında mövqelərin fərqli olmasına baxmayaraq, bəzi məsələlərdə mövqelərimiz yaxınlaşır, ancaq danışıqlar çox ağır davam edir. Proses asan deyil və bunun asan olacağını heç kim gözləmirdi. Biz danışıqlar prosesinə mənfi təsir göstərəcək hökumət tərəfindən açıqlamalar verilir. Mən danışıqlar pəncərəsinin mövcud olduğunu yenə də hesab edirəm. Bunu bu günki gün göstərəcək. Bu gün ki görüşdə çox önəmli məsələlər olan siyasi məhbusların azadlığa çıxarılması və erkən seçkilər məsələsidir. Müxalifətin mövqeyi dəyişməzdir. Əgər bu iki məsələdə razılığa gəlinməzsə digər məsələlərdə razılıq əldə olunmasının mənası yoxdur.”- Udumaşvili


