17 
Mar
2021
15:21
432

Faiq Quliyev: "Yerli azərbaycanlılar gürcü dilinə böyük maraq göstərir"

"Gürcüstanda yaşayan etnik azərbaycanlıların gürcü dilini intensiv şəkildə öyrənmələri sevindiricidir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) üzvü Ramaz Xurodze, Azərbaycan-Gürcüstan münasibətlərinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, gürcü dilində sərbəst ünsiyyət qura bilən azərbaycanlıların sayı getdikcə artır.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yerli azərbaycanlıların gürcü dilinə böyük maraq göstərdiklərini qeyd edib.

"Soydaşlarımız başa düşürlər ki, dövlət dili, gürcü dili bilmədən vətəndaş cəmiyyətinə tam inteqrasiya mümkün deyil. Gürcüstan azərbaycanlıları inteqrasiyanı hədəfləyir və Gürcüstan cəmiyyətinin bunu alqışlaması çox sevindiricidir", - deyə bildirib Faiq Quliyev.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər