17 
Mar
2021
13:23
332

Kristian Danielson müxalifət liderləri ilə növbəti görüşünü keçirəcək

Avropa Şurası Prezidentinin Şarl Mişelin Şəxsi Nümayəndəsi Kristian Danielson müxalifət partiyanın liderləri ilə görüşəcək.

InterPress.ge xəbər verir ki, görüş bu gün saat 14:00-da baş tutacaq və görüşə bütün müxalifət liderləri qatılacaq.

Qeyd edək ki, Avropa Şurası Prezidentinin Şarl Mişelin Şəxsi Nümayəndəsi Kristian Danielson Gürcüstana bir neçə gün öncə səfər edib. O, səfər çərçivəsində həm müxalifətlə həm də iqtidar partiya liderləri ilə mütəmadi görüşlər keçirir.

Danielsonun səfərinin məqsədi Şarl Mişel tərəfindən 1 mart tarixində təşəbbüs olaraq irəli sürülmüş yenilənmiş siyasi dialoqda bütün partiya nümayəndələri ilə görüş keçirməkdir.

Xatırladaq ki,Kristian Danielson Brüsselə qayıtmaqdan imtina etdi və ölkənin böhrandan çıxarılması məqsədi ilə Gürcüstanda səfərini davam etdirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər