Andria Gağmaidze: "Kilsə aşılamanın təşviqi ilə bağlı məsuliyyəti öz üzərinə götürə bilməz"
“Peyvəndləmə məsələsində hər insan seçimində sərbəstdir. Kilsə aşılamanın təşviqi ilə bağlı məsuliyyəti öz üzərinə götürə bilməz, çünki bu səhiyyə işçilərinin səriştəsi və məsuliyyətidir”.
InterPress.ge xəbər verir ki, bu barədə Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin baş dekanı Andria Gağmaidze sosial mediada bildirib.
Onun sözlərinə görə, peyvəndləmə ilə əlaqədar kilsə hal-hazırda Sinodun 11 fevral tarixli qərarını rəhbər tutur, burada isə hər hansı bir insanın sosial vəziyyətindən, ictimai və ya özəl fəaliyyətindən asılı olmayaraq təcavüzə, təhqirə və təqibə məruz qalmaması yazılıb.
"Bu gün kilsə, peyvəndləmə ilə bağlı 11 fevral tarixli Sinod qərarını rəhbət tutur.
Kovid pandemiyası ilə əlaqədar aşılama prosesinin məcburi deyil də, könüllü elan edilməsini alqışlayırıq; Bu, aşı yeni yarandığı və fərqli ölkələrin səhiyyə mütəxəssislərinin bu barədə fərqli fikirləşdikləri günlərdə xüsusilə vacibdir.
Qeyd edirik ki, sosial vəziyyətindən, ictimai və ya özəl fəaliyyətindən asılı olmayaraq, hər hansı bir şəxs, həm aşılanmaq, həm də aşılanmamaq vəziyyətində təqibə, təcazvüzə və təhqirə məruz qalmamalıdır.
Kilsə aşılamanın təşviqi ilə bağlı məsuliyyəti öz üzərinə götürə bilməz, çünki bu, səhiyyə işçilərinin səriştəsi və məsuliyyətidir ”, - deyə Gağmaidze bildirib.


