Daxili İşlər Nazirliyi yarım kiloya qədər “eroin” götürdü - bir nəfər saxlanıldı
Kriminal Polisi Şöbəsinin Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü V.A.-nı külli miqdarda narkotikin qanunsuz almaq-saxlamaq ittihamı ilə əlaqədar saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxsin müvəqqəti mənzilində axtarış aparılarkən, hüquq-mühafizə orqanları yarım kiloya qədər "eroin" narkotik maddə götürüblər. Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" yarımbəndi ilə qanunsuz olaraq çox miqdarda narkotik maddənin alınması və saxlanması faktı üzrə istintaq aparılır.
Cinayət 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.


