15 
Mar
2021
16:02
537

Daxili İşlər Nazirinin yeni müavini var

Daxili İşlər Nazirinin Vaxtanq Qomelaurinin yeni müavini var.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Gürcüstanın Baş Nazirinin əmri ilə sözügedən vəzifəyə Aleksandre Daraxvelidze təyin olunub. O, eyni zamanda Daxili İşlər Nazirliyinin parlament katibi vəzifəsində çalışacaq.

“Aleksandre Daraxvelidze hüquq fakültəsinin magistratura bölməsini bitirib.O, 2019-cu ildən bu vaxtadək Daxili İşlər Nazirliyinin hüquq departamentinin direktoru vəzifəsində çalışırdı. 2018-2019-cu illərdə Daraxvelidze Gürcüstan hökuməti administrasiyasının rəhbəri müavini, 2018-ci ildə Cəza və Probasiya Nazirinin müavini vəzifəsində çalışıb. Onadək isə Nazirliyin hüquq departamentinin rəhbəri vəzifəsini tutub.

2009-2012-ci ildə isə o, Gürcüstanın Xalq Müdafiəçisi Aparatında müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin Qafqaz universitetinin və Avropa universitetinin dəvətli lektorudur”- Nazirlikdən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər