Pata İmnadze ictimaiyyət qarşısında peyvənd vurduracaq
Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbəri müavini Paata Imnadze Covid əleyhinə peyvəndlə nümayişkaranə şəkildə peyvəndlənəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru Tengiz Çerçvadze jurnalistlərə bunun 09: 00-da mərkəzlərində baş tutacağını bildirib.
Çerçvadzenin qeyd etdiyinə görə, dünən 150 həkim peyvəndlənmək üçün QİÇS və Kliniki İmmunologiya Mərkəzində qeydiyyatdan keçib.
Çerçvadze eləcə də, iki həftə ərzində 43000 doza Astrazeneka peyvəndinin vurulacağına və saxlanmasına ehtiyac olmayacağına əmindir.
"Bilirsiniz, qadağan olunmuş meyvə daha arzuolunan olur - peyvənd olmadığı zaman hamı istəyirdi ki, peyvənd olsun. Peyvəndin tətbiq olunduğu məlum olduqdan sonra bu həvəs yavaşladı. Həkimlər hazırdır, amma bunun nə qədər təhlükəsiz olacağını görüb sonra peyvənd olacağını düşünənlər də var. Xoşbəxtlikdən çox sayda deyil. Həkimlərin yarıdan çoxu peyvəndlenir və heç bir təşviqat-təbliğat aparılmadan peyvəndlenməyə hazırdır"- Tengiz Çerçvadze.


