24 
Mar
2020
21:00
1949

Marneuli meri Zaur Darğallı sosial şəbəkələrdə ayrıseçkilik statusları ilə bağlı bəyanat yayır

"Son günlərdə virusun yayılması ilə bağlı sosial mediada etnik ayrıseçkiliyə əsaslanan statusların yayılmasına səslənmək istərdim.

Sosial mediada çox mənfi, əsassız və ksenofob statuslar, şərhlər və ya bəyanatlarla tanış oluram".

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meri Zaur Darğallı facebook səhifəsində yazıb.

Z. Darğallı bütün dünya Koronavirus problemi ilə qarşılaşdığını və o, insanları etnik cəhətdən ayırmadığını qeyd edib.

"Koronavirus adlı bu problem qlobal bir problemdir və bütün dünya bu problemlə üzləşir, o, insanları etnik cəhətdən ayırmır.

Bununla yanaşı bilirik ki, biz hamımız adət-ənənələrə əməl edən bir xalqıq. Toylar, cənazələr və s. kimi mərasimlərimiz eynidir və bizim üçün çox əhəmiyyətlidir, bu səbəbdən, Marneulidə və digər Munisipalitetlərdə, bunların hamısını nəzərə alaraq, virusun tətbiq etdiyi fövqəladə rejimlə vətəndaşların dərhal ayaqlaşması çətindir. Buna görə, ölkə daxilində genişmiqyaslı kampaniyalar və səmərəli tədbirlər həyata keçirilir. Bundan dolayı, vətəndaşlara müraciət edərək bu məsələyə yüksək vətəndaşlıq anlayışı ilə yanaşmağa çağırıram, heç vaxt olmadığı kimi bir-birimizə dəstək olmağa, hörmət etməyə və güc toplamağa ehtiyacımız var.

Bir-birinə sevgi və ölkənin inkişafı üçün birlik göstərmək, çoxmillətli Marneulidə hər bir vətəndaşın gündəlik həyatıdır. Hər birimizin - Gürcüstan adlı bir vətənimiz var, və bu vətənin qarşısında böyük bir problem var, bu prosesə qarşı adekvat olmaq və bir-birimizə böyük qayğı göstərmək bizim borcumuzdur.

Burada hər kəsdən xahiş edirəm ki, bu gün dövlətin yanınızda olduğu kimi, sizdə dövlətin yanında olun və beləliklə biz hamımız birlikdə bu problemi daha asanlıqla həll edəcəyik - Evdə qalın və bütün tövsiyələrə əməl edin", - Facebookda Zaur Darğallı yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər