11 
Mar
2021
15:00
378

Tikaradze: "Çin peyvəndi almaq üçün danışıqlara başladıq"

“Gürcüstan hökuməti Çin tərəfi ilə ilkin danışıqları başlayıb ki, koronavirus əleyhinə peyvənd gəlsin”.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, Çin peyvəndi Ümumdünya Səhiyyə Təşkilatından yaxın vaxtlarda akkreditasiya alacaq aşılar sırasındadır.

"Bildiyimiz kimi, Çin peyvəndi o peyvəndlər sırasındadır ki, yaxın gələcəkdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən akkreditasiya alacaq. Həm “Astrazeneca”, həm də “Pfizer” halında, Çin və Kovacs platforması ilə ilkin danışıqlar başlaıyb. Ayrıca, Çin peyvəndi ciddi tənzimləyicilərdən birindən avtorizasiya aldı və bu da danışıqları intensiv şəkildə davam etdirməyimizə imkan verir. İlk mərhələ üçün birbaşa tədarükçüdən kiçik doza sifariş verdik, bu 100 min aşıdır və artıq Kovacs platformasından aşılara əlavə əlçatımlılığımız mövcud olacaq”, - dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər