11 
Mar
2021
14:39
751

Aşılamanın nə vaxt başlayacağı məlum oldu - Nazirdən açıqlama

“Gürcüstana nəql edildikdən sonra “Astrazeneca” peyvəndi etibarlı şəkildə müvafiq müəssisələrə köçürüləcək və bundan sonra aşılama başlayacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri açıqlama verib.

Onun sözlərinə görə, peyvəndləmə “Astrazeneca” peyvəndi ilə başlayacaq və “Pfizer”i gözləməyə ehtiyac qalmayacaq, çünki bu iki proses bir-birindən müstəqil şəkildə həyata keçirilməlidir.

"Peyvənd Gürcüstan ərazisinə daxil olduqda, sabah və birisigün sizə bu barədə əlavə məlumat verəcəyik, peyvənd aşılamanın planlaşdırıldığı müvafiq qurumlara təhlükəsiz şəkildə çatdırılacaq, əhalimizi “Astrazeneca” ilə aşılamağa başlayacağıq və əlbəttə “Pfizer”i gözləməli olmayacağıq, çünki bu iki proses bir-birindən müstəqil şəkildə aparılmalıdır", - Ekaterine Tikaradze Səhiyyə Nazirliyindəki mətbuat konfransında deyib.

Bizimlə əlaqə saxlayın