Baş nazir vətəndaşlara çağırış etdi
“Son günlərdə maska taxma nisbətinin həyəcan verici şəkildə aşağı düşdüyü məlum oldu, bu qətiliklə yolverilməzdir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasından əvvəl söyləyib.
Ğaribaşvili, xalqa ölkədə virusun üçüncü dalğasının inkişafının qarşısını almaq üçün ibtidai qaydalara riayət etməyə çağırıb.
“Bir sıra məhdudiyyətləri götürdük, lakin son günlərdə dinamikanı müşahidə edirik və halların müəyyən dərəcədə artmasının, həmçinin ictimaiyyətin diqqətinin az olması və tövsiyələrə məhəl qoyulmaması müşahidə olundu. Son günlərdə maska taxma nisbətinin həyəcan verici şəkildə aşağı düşdüyü məlum oldu və bu qətiliklə yolverilməzdir. Əhaliyə müraciət edərək ölkədəki üçüncü dalğanın inkişafının qarşısını almaq üçün bu elementar, sadə qaydaya riayət etmələrini xahiş edirəm", - dedi Baş nazir.
Baş nazir koronavirus peyvəndinin ölkəyə gətirilməsi prosesinə də münasibət bildirib və peyvəndin ilk partiyasının yaxın vaxtlarda gətiriləcəyini qeyd edib.
“Bilirsiniz ki, birbaşa peyvənd istehsal edən kompaniyalar ilə yanaşı tərəfdaş ölkələrlə də əlaqəm var və tezliklə peyvəndin ilk partiyasını gözləyirik, hansı ki, bu barədə nazir ictimaiyyət qarşısında hesabat təqdim etdi. Aşılama başlamazdan əvvəl, virusun yayılmasını təşviq etməməyə diqqət yetirmək çox vacibdir, bu da bizi bəzi məhdudiyyətləri qaytarmaq məcburiyyətində qoymamalıdır", - dedi Ğaribaşvili.


