Gürcüstanda Mart ayının 15-dək olan hava proqnozu açıqlandı - RƏSMİ
Gürcüstanda martın 11-dən 13-dək yağış, martın 12-də əsasən sulu qar gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Məlumata görə, yüksək dağlarda sis və qar fırtınaları, dənizdə üç-dörd ballıq fırtına mümükündür.
Gözlənilən şiddətli yağış Gürcüstanın qərbindəki çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər və ölkənin dağlıq ərazilərində qar uçqunlarının əmələ gəlməsi və torpaq sürüşmələrinin meydana gəlməsinə və aktivləşməsinə səbəb ola bilər.
Güclü qar yağışı nəticəsində görmə qabiliyyətinin pisləşməsi, qar fırtınası, buz və uçqun təhlükəsi səbəbindən yolların müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Martın 13-15-də Kartli və Kaxetidə gecə havanın temperaturunun -4, -7 dərəcəyə qədər düşməsi gözlənilir.


