10 
Mar
2021
12:11
499

Hökumət administrasiyasına yeni rəhbər təyin edildi

İlia Darçiaşvili Gürcüstanın Hökumət administrasiyasına rəhbərlik edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, administrasiyanın yeni rəhbəri bu gün Baş nazir İrakli Ğaribaşvili tərəfindən təyin edilib. Baş nazir yeni rəhbərə işində uğurlar arzulayıb.

Hökumət administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmazdan əvvəl İlia Darçiaşvili Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, ondan əvvəl isə fövqəladə səfiri idi. Diplomatik fəaliyyətdə uzun illər təcrübəsi var.

İlia Darçiaşvili müxtəlif dövrlərdə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirinin birinci müavini olub; Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru; Fondun direktorunun birinci müavini; Bundan əvvəl isə özəl sektorda çalışırdı.

İlia Darçiaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin məzunudur və Fransanın “Grenoble Business School”da Biznes İdarəetmə magistraturasını bitirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər