Charles Michel Gürcüstana rəsmi nümayəndə göndərir
Avropa Şurasının Prezidenti Charles Michel, Avropa Birliyinin Yüksək Nümayəndəsi Josep Borrell ilə razılaşaraq, Gürcüstana rəsmi vasitəçi Christian Danielsson-u göndərir.
InterPress.ge xəbər verir ki, məlumat Avropa Şurası Prezidentinin rəsmi saytında yayımlanıb.
Christian Danielson yaxın günlərdə Gürcüstana gələcək. Səfərinin əsas məqsədi siyasi partiyalar arasında dialoqu bərpa etmək olacaq.
"Prezident Michel və Yüksək Nümayəndə Borrell, Gürcüstanın siyasi aktyorlarını, demokratik, sabit və islahat yönümlü Gürcüstanın maraqları üçün, bütün tərəflərin mənafeyi naminə məqbul nəticələr əldə etmək üçün konstruktiv bir dialoqa tam olaraq təşviq edirlər ki, ölkə Avropa yolunda uğurla irəliləsin", - yayımlanan açıqlamada bildirilir.


