23 
Mar
2020
18:56
1004

Qubernator: “Gürcüstan dövlətinin Marneuli və Bolnisidə tətbiq etdyi məhdudiyyətlər qanunla qorunur”

“Gürcüstan dövlətinin Marneuli və Bolnisidə tətbiq etdyi məhdudiyyətlər qanunla qorunur”.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yerli əhali yaranmış vəziyyəti anlayır:

“Əhali məhdudiyyətlərə adekvat reaksiya verir. Bələdiyyələri tərk etmək qadağan olunsa da, daxili yerdəyişməyə məhdudiyyət tətbiq olunmur”.

Qubernator qeyd edib ki, Marneuli və Bolnisidə ərzaq ticarəti şəbəkəsi fasiləsiz işləyir:

“Nə növbələr, nə təşviş var. Bölgədə ərzaq məhsulları çatışmazlığı ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, bu gündən Marneuli və Bolnisidə koronavirusun yayılması təhlükəsi ilə bağlı ciddi karantin rejimi tətbiq olunur.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər