04 
Mar
2021
15:28
352

Serqo Çixladze: "Mütləq bir razılığa gələcəyik, əsas odur ki, "Gürcü Arzusu" bu iki həftədə bir addım atıb danışıqlara başlasın"

“Mütləq bir razılığa gələcəyik, əsas odur ki, "Gürcü Arzusu" bu iki həftədə bir addım atıb danışıqlara başlasın”.

InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşanebeli Strategiyası"nun üzvü Serqo Çixladze bildirdi.

Onun sözlərinə görə, müxalifət parlamentə bir dəfəlik daxil omayacaq və yalnız seçki islahatını müzakirə etmək üçün parlamente girmiyəcək.

“Bir dəfəlik heç kim heç yerə daxil olmayacaq. Bu altı punkdan biri məhz seçki məsələləridir və bu barədə mütləq danışıqlar aparacağıq, müxalifətlə və Gürcü Arzusu ilə mütləq bir razılığımız olacaq. Razılaşmadan sonra həm parlamentdə, həm də parlament xaricindəki bütün komissiyalarda bütün proseslərdə iştirak edəcəyik. Bizim danışıqlarımız Elisaşvili ilə hökumət arasında imzalanan memorandumu nəzərdə tutmur. Bu punkt həmin altı punkdan biridir. Müzakirə ediləcək altı məsələ var və seçki məsələsi bunlardan biridir. Bu altı məsələnin hamısında razılaşmalıyıq.

Burada ya birinin, ya da ikisinin həll ediləcəyi deyil, altı nöqtənin hamısı qarşılıqlı kompromis yolu ilə müzakirə ediləcək. Bu həm müxalifətə, həm də hökumətə aiddir, mütləq bir razılığa gələcəyik. Ən əsası Gürcü Arzusunun bu iki həftədə bir addım atması və bu danışıqlara başlamasıdır"- dedi Serqo Çixladze.

Bizimlə əlaqə saxlayın