04 
Mar
2021
15:21
1133

Yeniyetmə ilə cinsi əlaqədə olan 49 yaşlı şəxs saxlanıldı

Polis, Qori Bələdiyyəsində 16 yaşından kiçik şəxslə cinsi əlaqədə olmaq ittihamı ilə əlaqədar 49 yaşlı kişini saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Qori bələdiyyəsinin kəndlərindən birində baş verib. 49 yaşlı kişinin uzun müddət ərzində 12 yaşlı qızla cinsi əlaqədə olduğu bildirilir. 13 yaşlı qız bir neçə ay əvvəl uşaq dünyaya gətirib və indi 13 yaşındadır. Tbilisi Sosial Agentliyinə fakt barədə paytaxtın doğum xəstəxanalarından biri məlumat verib. Hazırda yeniyetmə körpə ilə birlikdə sığınacağa aparılıb.

Qızın valideynləri məcburi köçkündür və 2008-ci ilin Avqust müharibəsindən sonra Qori bələdiyyəsinin kəndlərindən birinə yerləşiblər və burada 10 il yaşayıblar. Ancaq son zamanlar ailə əsasən Tbilisidə yaşayıb. Mövcud olan məlumata görə, yeniyetmənin anası analıq haqqını dayandırıb.

Məlumata görə, hadisə Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə araşdırılır və səkkiz ildən on iki ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın