04 
Mar
2021
13:52
845

Marneulidə aksiya keçirildi - FOTO

Bu gün Marneuli Bələdiyyə Meriyasının qarşısında aksiya keçirilib.

InterPress.ge xəbər verir ki, aksiya Akelik şirkətinin işçiləri tərəfindən baş tutub.

Aksiyanın əsas səbəbi isə işçilərinin maaşlarının ödənilməməsidir. İşçilərin sözlərinə görə, artıq keçən ilin noyabr ayından əmək haqqları ödənmir və artıq 2 ildir maaşlar fasilələrlə ödənilir.

“Noyabr ayının beş gününün pulu köçdü və daha bizə pul vermədilər. Biz işlədiyimizin haqqını tələb edirik. Artıq neçə aydır ki, bizi aldadırlar”- dedi aksiya iştirakçısı Ramin Muradov.

“Bizim başqa məqsədimiz yoxdur, biz sadəcə haqqımızı istəyirik. Artıq 2 ildi bu belədir. Biz hələ normal aylıq aldığımızı görməmişik. Həmişə biz aylıq almaq üçün tez-tez aksiya keçirmişik. Nə vaxta kimi bu cür davam edəcək?”- qeyd etdi aksiya iştirakçısı.

Baş tutan aksiyaya Əhməd İmamquliyev də qatılaraq etirazçılara dəstək oldu. O, eyni zamanda bu problemə görə, Zaur Darğallını ittiham etdi.

“İşçilərin əmək haqqlarının verilməməsinin səbəbi şirkətlə bu gün ki, hakimiyyətin iş birliyidir. Bu gün xalqın əmək haqqları ödənmirsə, bu həm də, hakimiyyətin günahıdır. Əgər Zaur Darğallı mənimlə bərabər seçkiöncəsi kampaniyada xalqa söz verə bilirdisə, bu gün xalqa dəstək ola bilmirsə, zənn etməsin ki, xalq onların nökəridirlər ” - Əhməd İmamquliyev.

Daha sonra isə Akelik şirkətinin səlahiyyətli nümayəndəsi Elvin Cəlilov jurnalistlərə müsahibə verərək işçilərin əmək haqqlarının 1 həftəyədək ödəniləcəyini bildirdi.

“İşçilərin aylıq əmək haqqları 1 həftəyə ödənəcək” - Elvin Cəlilov Akelik şirkətinin səlahiyyətli nümayəndəsi.

Marneuli bəədiyyəsi merinin müavini Kənan Ömərov da etirazçıların qarşısına çıxaraq şirkətlə danışıqların aparıldığını və maaşların ödəniləcəyini qeyd etdi.

"Akelik şirkətilə danışıqlar apardıq və şirkət işçilərin əmək haqqlarını 1 həftə ərzində ödənəcək. Bizdə sizinlə bu problemin həllini tələb edəcəyik” - Kənan Ömərov.

Bizimlə əlaqə saxlayın