04 
Mar
2021
12:53
757

“Wizzair” bu tarixdən etibarən fəaliyyətini bərpa edir

“Ucuz hava yolu şirkəti olan “Wizzair” mart ayının sonundan etibarən uçuşlarını bərpa edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Natia Turnava deyib.

Turnavanın Hökumət administrasiyasında dediyinə görə, “Wizzair” 20 istiqamətdə həftədə 45 uçuş həyata keçirəcək.

“Wizzair” mart ayının sonundan etibarən yenilənmiş Kutaisi hava limanında uçuşlarını bərpa edəcək və hazırda mövcud olan məlumata görə, həftədə 45 uçuş olmaqla 20 istiqamətə uçuşlar həyata keçirəcək", - deyib Turnava.

Onun sözlərinə görə, “Wizzair” həmçinin mart ayının sonundan Əbu Dabiyə uçuşlara başlayacaq.

"Mart ayının sonundan etibarən yeni hava yolu şirkəti “Wizzair Əbu Dabi” Gürcüstanın hava bazarında fəaliyyətə başlayacaq və həftədə iki dəfə Əbu Dabi-Kutaisi-Əbu Dabiyə uçuşlar həyata keçirəcək", - bildirib nazir.

Xatırladaq ki,beynəlxalq uçuşlardakı məhdudiyyətlər 1 fevralda ləğv edildi.

Bizimlə əlaqə saxlayın