04 
Mar
2021
11:42
354

Şota Burganadze: Mövcud vəziyyət davam edərsə, bazarda restoranların yalnız 2%- zi qalacaq

“ Restoranlar açılışdan sonra bir-bir bağlanır. Restoranların 50%-zi demək olar ki, mövcud deyil”.

InterPress.ge xəbər verir ki, bu barədə Restoranlar Assosiyasiyasının vitse- prezidenti Şota Burganadze açıqlama verib.

Burganadzenin qeyd etdiyinə görə, açılan restoranlar şəbəkəsinin yalnız 40%- zi fəaliyyətini davam etdirir, filiallar isə ləğv edilib.

“ Pandemiya başlamadan öncə bazarda 10 000- dək obyekt var idi. Buraya restoranlar, kafe-barlar, şirniyyat obyektləri və s. daxildir. Proqnozumuz bu idi ki, hökumət tərəfindən hər hansı bir düzgün addım atılmadığı təqdirdə obyektlərin 50%- zi bazarı tərk edəcək. Təəssüflər olsun ki, proqnozumuz özünü doğrultdu. Birinci kovid bağlanmadan sonra ölkədə restoranların 50%- zi mövcud deyil. Qalan restoranlardan, şəbəkə restoranları filiallarını azaltmalı oldu və onlardan yalnız 40%- zi fəaliyyət göstərir. 10 000- dən 700- dək çatdırılma xidməti ilə işləyən restoranların sayı da azaldı”- Şota Burganadze.

Onun sözlərinə görə, əgər belə davam edərsə, bazarda restoranların yalnız 2%- zi qalacaq.

“ Toyların və digər böyük mərasimlərin keçirilməsi ilə məşğul olan böyük restoranlar islahatlar çərçivəsində fəaliyyət göstərə bilmirlər. Tətbiq edilən qadağalardan irəli gələrək onların açılışının heç bir mənası yoxdur. Bazara daha kiçik obyektlər qayıtdı. İkinci bağlanmadan bu günədək deyirəm ki, mövcud vəziyyət davam edərsə, bazarda restoranların yalnız 2%- zi qalacaq. Bu ehtimal çox təəssüf ki, özünü doğruldur. Pandemiyadan irəli gələn problemləri aşmaq obyekt sahibinin 95%- nin kirayə haqqını ödəyə bilməməsinə görə çətindir. Tbilisidə eləcə də, digər şəhərlərdə, turizm zonalarında restoranlar bağlıdır. Ölkə turistlər üçün tam açılanadək restoranların bazara qayıtmasının şansı yoxdur. Ehtimal ki, sonra bazara başqa operatorlar daxil olacaq. Bu gün kirayə haqqı ödəməyən restoranlar da fəaliyyət göstərmir. Bir çox restoranların satışa çıxarılmasına baxmayaraq bazarda alıcı da görünmür”- Şota Burganadze.

Qeyd edək ki, 15 fevral tarixindən restoranların xarici məkanları açılıb. 8 mart tarixindən isə restoranların daxili məkanları da açılacaq.

Bizimlə əlaqə saxlayın