“Sabah planlaşdırılmış aksiya fərqli formatda baş tutacaq. Aksiyada avtomobillərlə yürüş nəzərdə tutulur”.
InterPress.ge xəbər verir ki, bu barədə “ Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Xatia Dekanoidze açıqlama verib.
Qeyd edək ki, “ Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisində müxalifət partiyaların liderlərinin görüşü başlayıb. Görüş koordinasiya xarakterlidir və müxalifət partiyaların liderləri planlaşdırılmış aksiya formatı ilə bağlı müzakirə aparacaqlar.
