02 
Mar
2021
08:14
296

Caparidze: "Danışıqlar davam etsə nələrsə  alına bilər"

"Vəziyyətdən yeganə çıxış yolu dialoqdur. Ciddi dialoq üçün hökümət daha çox konstruktiv, hazır olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə " Daha çox azadlıq - Qirçi" partiyasının lideri Zurab Caparidze AB prezidentinin iştirakı ilə hökümət və müxalifət nümayəndələri arasında baş tutan görüşdən sonra jurnalistlərə bildirib.

Onun bildirdiyinə görə, görüş zamanı aksiyalarla əlaqəli söhbət olmayıb ancaq, ehtimal ki, davam edəcək.

"Cənab prezident bizimlə və "Gürcü Arzusu" ilə danışıqdan sonra, gələcəkdə danışıqların davam etməsi üçün əhəmiyyətli punktlar qoydu. Bu punktlar danışıqlar masasında qoyulan punktlar idi, lakin bu punktlara məhkəmə sistemi islahatları və güc bölgüsü punktları əlavə edildi. Bu vəziyyətdən yeganə çıxış yolu, ciddi dialoq üçün hökümətin daha da konstruktiv və hazırlıqlı olmasıdır.

Aksiyalarla bağlı söhbət olmadı ancaq ehtimal ki, davam edəcək. Əgər danışıqlar davam etsə nələrsə alına bilər" - Caparidze bildirib.

Bizimlə əlaqə saxlayın