Prezident administrasiyasında görüş başa çatdı - Müxalifət lideri açıqlama verdi
Prezident administrasiyasında Şarl Mişelin iştirakı ilə hökümət və müxalifət arasında görüş sona çatdı.
InterPress.ge xəbər verir ki, görüşdən sonra Leyboristlər partiyasının lideri Şalva Natelaşvili açıqlam verdi.
Onun açıqlamasına görə, görüşdə yalnız mövqelər bildirildi və razılığın əldə edilməsi ilə bağlı söhbət etmək hələ erkəndir.
"Ümidli yaz gəlir. Qonağımız Şarl Mişel unikal siyasi və diplomatik məntiq nümayiş etdirdi və təsəvvür etməyəcəyimizi etdi. Nika Melia azad olunanadək, yeni seçkilərin keçirilməsi birinci mövzu olanadək proqres arzulamaq istisna olacaq. Bunlar baş tutmadan nə danışıqlar nə raund olacaq.
Razılıqla bağlı danışmaq erkəndir. Mövqelərimizi bildirdik və hökümət rəhbərliyinə bildirdik ki, yeganə çıxış yolu yeni seçkilərin keçirilməsi və siyasi məhbusların azad olunmasıdır", - dedi Natelaşvili.


