01 
Mar
2021
22:50
301

Nikoloz Samxaradze: "O, bizə bu məsələdə Gürcüstana dəstək olacağına dair söz verdi"

"Şarl Mişellə baş tutan görüşdə biz müxtəlif mövzularda söhbət etdik. İlk mövzu peyvənd mövzusu idi və o, bizə bildirdi ki, peyvə din Gürcüstana göndərilməsi məsələsinə şəxsən özü qatılacaq".

InterPress. ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Nikoloz Samxaradze açıqlama verib.

Onun qeyd etdiyinə görə, ölkədə polarizasiyanın sonlandırılmasına ehtiyyac var. Samxaradzenin sözlərinə görə, məhz bunun üçün Avropa Birliyi bizə tərəflər arasında mediasiya prosesinə qatılmağa hazırdır.

"O, bizə bu məsələdə Gürcüstana dəstək olacağına dair söz verdi. İkinci məsələ bölgədə mövcud olan vəziyyət, təhlükəsizlik məsələləri, vəziyyətin xüsusilə gərginləşməsi, Rusiyanın Cənubi Qafqazda güclənməsi və Gürcüstanın atacağı addımlar idi. Üçüncü məsələ daxili siyasi vəziyyət idi. Biz vəziyyətin deskalasiyasının önəmliliyindən və ölkədə mövcud olan və təhlükəsizliyinə əlverişsiz olan polarizasiyadan danışdıq. Bu vəziyyət yalnız bir ölkəyə Rusiyaya əlverişlidir. Bundan irəli gələrək polarizasiyanın ölkədə sonlandırılması lazımdır. Avropa Birliyi bizə tərəflər arasında mediasiya prosesinə qatılacağına dair söz verdi.

Cənab Mişel eləcə də, Gürcüstanda səfərdə olduğu müddətdə höküməti və müxalifəti bir araya gətirməyə hazır olduğunu dilə gətirdi. Bu görüşün baş tutması vacibdir çünki hər iki tərəf anlayır ki, belə davam etmək olmaz. Vəziyyəti gərginləşdirmək, mütəmadi nifrət nitqi, bir-birlərini ittiham etmək ölkəni irəli aparmayacaq. Bundan irəli gələrək onlar bizə bir masa arxasında oturmağı və məsələləri müzakirə edib həlli yollarını tapmağı təklif edirlər", - dedi Nikoloz Samxaradze.

Bizimlə əlaqə saxlayın