01 
Mar
2021
14:37
230

Sarcveladze: "Amiran Qamğrelidze, ölkədəki epidemiyanı mükəmməl şəkildə idarə edən yüksək səviyyəli mütəxəssisdir”

“Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze, ölkədəki epidemiyanı mükəmməl şəkildə idarə edən yüksək səviyyəli mütəxəssisdir”.

InterPress.ge xəbər verir ki, bu barədə İnsan Hüquqları Komitəsinin sədri Mixeil Sarcveladze deyib.

Sarcveladzenin jurnalistlərə dediyinə görə, Amiran Qamğrelidzenin istefası üçün heç bir səbəb yoxdur.

"Amiran Qamğrelidze yüksək səviyyəli mütəxəssisdir. Düşünürəm ki, Gürcüstanda baş verən son proseslər onun ölkədəki epidemiya vəziyyətinin sabit idarə olunmasını təmin edən əsas sütunlardan biri olduğunu təsdiqlədi. Bunu nəzərə alaraq, ona qarşı hər hansı bir töhmətin irəli sürülə biləcəyini düşünmürəm. Yenə deyirəm, onun mümkün istefası barədə məlumatım yoxdur. Bunun ola biləcəyi və ya olmayacağı sualına gəldikdə, bunun bir səbəb və əsas ola biləcəyini həqiqətən təsdiq edə bilməyəcəm", - dedi Sarcveladze.

Bizimlə əlaqə saxlayın