01 
Mar
2021
10:38
248

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqının prezidenti Charles Michel ilə görüşdü

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqının prezidenti Charles Micheli qarşılayıb. Görüş tərəflər arasında Atonelli sarayında baş tutub.

InterPress.ge xəbər verir ki, tərəflərin görüşdən sonra mətbuat üçün birgə bəyanatı planlaşdırılır.

AB prezidenti Salome Zurabişvili ilə görüşündən sonra işğal xəttlərinə səfər edəcək və mövcud vəziyyətlə tanış olacaq.

Bundan əlavə Charles Michel Tbilisidə AB nümayəndəliyinin yeni ofisinin açılışına qatılacaq və daha sonra ofisdə müxalif partiya nümayəndələri ilə görüşəcək.

O, həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşəcək.

Qeyd edək ki, Charles Mİchel Gürcüstana dünən gəlib və o ölkəni 2 mart tarixində tərk edəcək.

Bizimlə əlaqə saxlayın