28 
Fev
2021
21:26
696

Avropa Şurasının Prezidenti Charles Michel Tbilisidədir

Avropa Şurasının prezidenti Charles Michel Gürcüstandadır.

InterPress.ge xəbər verir ki, Avropa Şurası prezidenti hava limanında - Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani, AB-nin Gürcüstandakı səfiri Carl Hartzel, Gürcüstanın AB-dəki səfiri Natali Sabanadze qarşılayıb.

Martın 1-də Charles Michel Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşəcək və bundan sonra mətbuata birgə bəyanatlar veriləcək.

Avropa Şurasının prezidenti Baş nazir İrakli Qaribaşvili, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze və siyasi partiyaların rəhbərləri ilə də görüşəcək.

Avropa Şurasının prezidenti işğal xəttini ziyarət edəcək, AB nümayəndəliyinin yeni ofisinin açılışında iştirak edəcək.

Charles Michel martın 2-də Gürcüstanı tərk edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər