25 
Fev
2021
16:13
703

VMH partiyasının üzvü sabah baş tutacaq mitinqlə bağlı açıqlama verdi

"Müxalifət liderləri sabah, 26 fevrala planlaşdırılan aksiyada, gələcək planlarını elan edəcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə "Birləşmiş Milli Hərəkat"ın üzvü Xatia Dekanoidze deyib.

Dekanoidzenin sözlərinə görə, sabah elan olunan aksiya azadlıq yürüşüdür.

"Bütün detalları, ümumi konseptual hissəni və texniki detalları nəzərdən keçirdik. Sabah saat 13: 00-da hamımız Filarmoniyanın yanında toplaşaraq Rustaveliyə yürüş edəcəyik. Bu, ölkənin bu gün yaşadığı çox çətin vəziyyəti nəzərə almaqla azadlıq yürüşüdür. Bunlar müxalifətin görüşünün əsas məsələləri idi, həmçinin əsas məsələlərdən biri də gələcək planlar idi. Koordinasiya olunmuş müxalifətin hərəkətini sabah aksiyada səsləndirəcəyik. Gələcək planlara geniş miqyaslı aksiyalar də daxildir", - dedi Dekanoidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər