Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir təyinat olunması haqqında sərəncam imzalayıb.
InterPress.ge xəbər verir ki, sənəd Gürcüstan prezidentinin saytında yayımlanıb.
"Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin", - deyə sərəncamda bildirilir.
Yeni nazirlər kabinetinin tərkibi belədir:
- Vaxtanq Qomelauri Gürcüstanın daxili işlər naziri,
- Mixail Çxenkeli təhsil, elm, mədəniyyət və idman naziri.
- Yekaterina Tikaradze Səhiyyə Naziri.
- Vano Maçavariani maliyyə naziri.
- David Zalkaliani Xarici İşlər Naziri.
- Qoça Lortkipanidze ədliyyə naziri.
- Levan Davitaşvili ətraf mühit və təbii resurslar naziri.
- Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri.
Daha əvvəl Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib. Belə ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

.jpg)