22 
Fev
2021
21:50
1687

Zaur Darğallı parlamentdə çıxışı zamanı ali savadlı və gürcü dili bilib işlə təmin ola bilməyən gənclər haqda danışdı

"Yüzlərlə yaxşı hazırlanmış, dövlət düşüncəli, dil bilən gənc nəsil yetişdi və bu gənclərin həqiqətən iştirakı istiqamətində və işlə təmin edilmələri baxımından edilə biləcək mövzular üzərində fikirləşmək çox vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə Zaur Darğallı qanunverici orqanın plenar iclasında çıxışı zamanı qeyd edib.

"İrakli bəy sizi salamlayıram, Nazirlik namizədlərini salamlayıram. İrakli bəy, sizin vətəndaş inteqrasiyası ilə əlaqədar Baş nazirlik vaxtınızdakı müsbət yanaşmanızı və effektli görüşlərinizi xatırlayıram. Baş nazirlik vaxtınızda, sovet dövründə zərər görən dinlərin maliyyələşdirilməsi başlandı və bu dinlərin inkişafı üçün çox vacib idi. Vətəndaş inteqrasiyası, vətəndaş cəmiyyətinin yaranması üçün çox əhəmiyyətlidir və hökumətimiz şəraitində bir çox əhəmiyyətli layihələr həyata keçirildi, bir çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu böyük strategiyanın komponenti nəticəsində, yüzlərlə yaxşı hazırlanmış, dövlət düşüncəli, dil bilən gənc nəsil yetişdi və bu gənclərin həqiqətən iştirakı istiqamətində və işlə təmin edilmələri baxımından edilə biləcək mövzular üzərində fikirləşmək çox vacibdir. Bu, bizim gəncliyi narahat edən mövzudur. Ümumiyyətlə vətəndaş inteqrasiyası baxımından sizin planınız, görüşünüz məni maraqlandırır", - deyə Zaur Darğallı qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər