22 
Fev
2021
11:05
1365

Elisaşvili: “Azərbaycanlı uşaqlar gürcü dilində hətta salamlaşa da bilmirlər”

Gürcüstanın Vətəndaşlar Partiyasının sədri, deputat Aleksandre Elisaşvili etnik azlıqlara gürcü dilinin tədrisi ilə bağlı vəziyyəti fəlakət adlandırıb.

InterPress.ge xəbər verir ki, o, ötən gün parlamentdə keçirilən dinləmələr zamanı təhsil naziri vəzifəsini icra edən Mixeil Çxenkelini bu məsələyə diqqət yönəltməməkdə günahlandırıb.

Deputat tez-tez Bolnisi, Marneuli, Tetritskaro, Qardabani, Dmanisi, azərbaycanlılar və ermənilərin yaşadığı digər kəndlərdə olduğunu bildirib:

“Uşaqlar gürcü dilində iki sözü bir-birinə bağlaya və salamlaşa da bilmirlər. Biz burada da özümüzü aldadırıq? Uşaqların gürcü dilində hansı bilikləri əldə etməsini kim və ya necə yoxlayır? Yaşlı nəsil az-çox gürcü dilində ünsiyyətə girir, uşaqlarla bağlı vəziyyət isə tam bir fəlakətdir. Bu məsələyə niyə diqqət etmirsiniz?”

(REPORT)

Bizimlə əlaqə saxlayın