Müxalifət aksiya elan edir - Partiya liderlərindən açıqlamalar
"Paytaxtda və bölgələrdə aksiyalar planlaşdırırıq".
InterPress.ge xəbər verir ki, bu barədə "Birləşmiş Gürcüstan" ın lideri Nino Burcanadze məlumat verib.
Onun sözlərinə görə, danışıqların "normal həyata keçməsi"ni istəyirlər.
“Həm bölgələrdə, həm də Tbilisidə etiraz aksiyaları planlaşdırırıq, lakin etiraz aksiyaları bizim məqsədimiz deyil. Hökumət siyasi təqibi dayandırsa və erkən seçki təyin etsə, belə bir vəziyyətdə aksiyalar da dayana bilər. Danışıqlar normal keçirilsə, nə çadır olacaq, nə də aksiyalar", - dedi Nino Burcanadze.
"Lelo" siyasi birliyinin qurucularından Badri Caparidzenin dediyinə görə, danışıqlar olmadan ölkədəki proseslər idarəolunmaz hala gələcək.
"Danışıqlar prosesi başlayarsa, əlbətdə etirazları təxirə salmaq mümkündür. Bizim vəzifəmiz etiraz etmək deyil, siyasi böhranı azaltmaqdır. Əks təqdirdə, idarəsi mümkün olmayacaq prosesləri görə bilərik və ölkəmizə, vətəndaşlarımıza böyük ziyan dəyəcək. Bizim vəzifəmiz hər iki istiqamətdə razılığa gəlməkdir: birincisi - Melianın həbs qərarı ilə əlaqəli böhranı dərhal azaltmaq, ikincisi - 31 oktyabrdan sonra yaranan siyasi böhran", - dedi Badri Caparidze.


