19 
Fev
2021
22:07
797

İrakli Qaribaşvili yeni hökumətin tərkibini təqdim etdi

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iqtidarın yeni tərkibini təqdim etdi.

InterPress.ge xəbər verir ki, nazirlər kabinetinin yeni tərkibi “Gürcü Arzusunun” siyasi şurasının iclası başa çatdıqdan sonra məlum olub.

Nazirlər kabinetində sadəcə iki yenilik var: Müdafiyə Nazirliyinə Cuanşer Burçuladze rəbərlik edəcək, Regional inkişaf və İnfrastruktur Nazirliyinə isə, İrakli Karseladze.

Siyahı belədir:

Regional İnkişaf və İnfrastruktur Naziri - İrakli Karseladze;

Ədliyyə naziri - Qoça Lortkipanidze;

Daxili işlər naziri - Vaxtanq Qomelauri;

İqtisadiyyat və davamlı inkişaf naziri - Natia Turnava;

Xarici İşlər Naziri - David Zalkaliani;

Maliyyə naziri - İvane Maçavariani;

Təhsil, elm, mədəniyyət və idman naziri - Mixail Çxenkeli;

İşğal olunmuş ərazilərdən məcburi köçkünlər naziri, əmək, səhiyyə və sosial məsələlər - Ekaterine Tikaradze;

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri - Levan Davitaşvili;

Müdafiə naziri - Cuanşer Burçuladze;

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri - Tea Axvlediani.

Qeyd edək ki, iqtidar tərkibini parlament gələn həftə təsdiqləyəcək.

Xatırladaq ki, “Gürcü Arzusu” İrakli Ğaribaşviliyi baş nazir vəzifəsinə dünən təqdim etdi.

İrakli Ğaribaşvili bundan əvvəl də, 2013-cü ilin noyabrın 20-dən, 2015-ci ilin dekabrın 24-nə qədər baş naziri olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər