19 
Fev
2021
14:52
455

Mixail Sarcveladze: "Erkən parlament seçkiləri barədə gözləntilərim yoxdur"

"Erkən parlament seçkiləri barədə gözləntilərim yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə millət vəkili Mixail Sarcveladze jurnalistlərə açıqlama verib.

Sarcveladzenin qeyd etdiyinə görə, 31 oktyabr seçkiləri ilə bağlı araşdırmaların nəticələri və hökumətə etimad elan edilməsi prosesi erkən seçkilərə səbəb olmayacaq.

"31 Oktyabr seçkiləri ilə əlaqədar irəli sürülən iddiaları kifayət qədər tanıyıram və bununla əlaqədar erkən seçkilər üçün hər hansı bir ön şərt olduğunu düşünmürəm. Hakimiyyət dəyişikliyi ilə bağlı gözləntilərə gəlincə, erkən seçkilərin vacib olacağı bir vəziyyətin yaranacağını düşünmürəm"- dedi Sarcveladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər