16 
Fev
2021
11:28
560

Gürcüstanda elektrik avtomobillərin istehsalı təxirə salınıb

Gürcüstanda elektrik maşınların istehsalı 2022-ci ilə qədər təxirə salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “IPN” agentliyinə bildirib.

Onun sözlərinə görə, pandemiya səbəbindən investor Kutaisidə avtomobillərin istehsalına başlaya bilməyib.

"İstehsal, əlbəttə ki, başlamayıb, gecikir lakin bir sıra tikinti işləri həyata keçirilib, icazə sənədi üzərində işləyirdilər , texnoloji xətt artıq seçilib və gətirilmə prosesindədirlər, buna görə də istehsal prosesi geciksədə onlar həyata keçirilən işlərlə irəlidədirlər. Covid səbəbiylə geri qalan yalnız bu şirkət deyil, bir çox şirkətin işinə mane olan əsas səbəb mövcud pandemiyadır , bu səbəbdən bu mövzunu yenidən müzakirə edəcəyik və ehtiyac olduğu təqdirdə əlavə vaxt verəcəyik. Yaşıl iqtisadiyyat inkişaf etdirmək və eyni zamanda Kutaisini sənaye mərkəzi kimi gücləndirmək bizim üçün çox vacibdir. Bu çox vacibdir və bu tapşırığı yerinə yetirmək üçün investora dəstək verəcəyik " - dedi Natia Turnava.

Kutaisi elektrikli avtomobillər zavodunda istehsal prosesinin nə vaxt başlayacağı ilə bağlı suala gəldikdə isə Natia Turnava bunun böyük ehtimalla gələn il baş verəcəyini söylədi.

“İstehsalın bu il başlayacağını düşünmürəm. Güman edirəm ki, bunun ən azı 12 ay çəkəcək və gələn il başlayacaq, şirkətin bizə bildirəcəyi fikri gözləyəcəyik"- dedi N. Turnava.

Məlumat üçün bildirək ki, Kutaisidə ilk elektrikli avtomobilin istehsalı və Avropa bazarına ixracı 2020-ci ildən etibarən elan edilib.

Bizimlə əlaqə saxlayın